• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Baxçalı İmamoğlunun bu istəyini rədd etdi

DÜNYA

06 Noyabr 2024 | 00:23 | Müəllif: Subhan Mahmudov

Baxçalı İmamoğlunun bu istəyini rədd etdi

Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun görüş istəyini rədd edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baxçalı qrup iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Nə məqsədlə görüş istədiklərini bilmirəm. Əkrəm İmamoğlunun siyasətini bəyənmədiyim üçün onunla görüşməyi uyğun görmürəm. Çünki bu görüşdən MHP-ni bəzi işlərə cəlb etmək istəyə bilərlər. Türkiyədə yaşanan sui-istifadə və yanlış şərhlərlə daha diqqətli olmalıyıq”, - deyə o bildirib./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026