Barselonada şiddətli fırtına səbəbindən 70 reys təxirə salınıb, daha 18-i başqa hava limanlarına yönləndirilib.
Bakıvaxtı.az "The Independent"ə istinadən xəbər verir ki, Barselonada bəzi əraziləri, o cümlədən hava limanını su basmasına səbəb olan leysan yağışları ilə əlaqədar ən yüksək səviyyəli hava xəbərdarlığı - qırmızı elan edilib.
Güclü yağışlar səbəbindən hava limanının T-1 terminalı, dayanacaqlar və uçuş-enmə zolağı su altında qalıb.
Şəhərdə yollar bağlanıb, dəmiryolu hərəkəti dayandırılıb.
Gülşən Şərif