Gürcüstanın Baş naziri İrakli Kobaxidze etirazçıların tətbiq etdiyi zorakılığı “liberal faşizm” adlandırıb.
Bakıvaxtı.az bu barədə Report-a istinadla xəbər verir ki, o, brifinqdə valideynləri öz uşaqlarını "liberal faşizm" ocaqlarından uzaq tutmağa çağırıb:
“Onların bütün sursatlarını müsadirə etdik, artıq zorakı hərəkətlər üçün heç bir resursları qalmadı, buna görə də hüquq-mühafizə orqanlarına heç bir şeyə reaksiya vermək lazım olmadı. Bu liberal faşizmin arxasında xarici maliyyələşmə dayanır".