“Zaman dəyişir, ATƏT üzvü olan ölkələr arasındakı münasibətlər mühüm geosiyasi sınaqlara məruz qalır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər vı Avropa işləri naziri Yan Borq qurumun Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasındakı açılış nitqində deyib.
O əlavə edib ki, rəsmi Valetta dünya ölkələri arasındakı fikir ayrılıqlarının sülh və qarşılıqlı dialoq yolu ilə həllini dəstəkləyir.
ATƏT sədri Rusiya-Ukrayna müharibəsi və onun regiona yaratdığı təhlükəyə də toxunub:
“Maltanın ATƏT-ə sədrliyi dövrü həm bu təşkilat üçün, həm də dünya miqyasında böhran vəziyyətinin mövcud olduğu vaxta təsadüf edir. Bu, Rusiyanın Ukraynaya 2022-ci ildə həyata keçirdiyi hərbi müdaxilədən sonra keçirilən silsilə görüşlərdən biridir. Rusiya-Ukrayna müharibəsi Avropanın təhlükəsizliyinə sistematik təhdid yaradıb. Mən bundan öncəki çıxışımda bəyan etmişdim ki, bu gün sülhə nail olmaq uğrunda atacağımız addımlar məhz bizim sabahımıza hesablanacaq. Sabah artıq yetişib, lakin Avropada sülhün təminatı məsələsində çox az dəyişiklik baş verib. ATƏT və ətrafındakı təhlükəsizlik təhdidləri kompleks xarakter daşıyır. Yaranmış vəziyyət ATƏT üçün yeni deyil və əmin olun ki, biz buna qarşı təbirlər görmədən sabitləşməyəcək”.