• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

Kolumbiyada korrupsiya qalmaqalına görə maliyyə naziri dəyişdi

DÜNYA

05 Dekabr 2024 | 14:43

Kolumbiyada korrupsiya qalmaqalına görə maliyyə naziri dəyişdi

Kolumbiyada korrupsiya qalmaqalının araşdırılması fonunda ölkənin maliyyə naziri Rikardo Bonilya istefa verib.

Bakıvaxtı.az bu barədə “Reuters”ə istinadla xəbər verir ki, Kolumbiya Prezidenti Qustavo Petro artıq yeni maliyyə naziri təyin edib. Bu, maliyyə nazirinin müavini vəzifəsində çalışan Dieqo Gevara olub.

Petronun sözlərinə görə, Bonilyanın istefası onun günahının sübutu deyil, hökumətə təzyiqdən qaçmaq zərurətindən irəli gəlir.

Bonilya isə, öz növbəsində, diqqətini reputasiyasının qorunmasına yönəltmək niyyətində olduğunu və təqsirsizliyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, qalmaqal Fövqəladə Halların İdarə Edilməsi üzrə Milli Agentliyin (UNGRD) vəsaitlərinin sui-istifadəsi ilə bağlı araşdırma ilə başlayıb. O cümlədən söhbət La Quaxira əyalətini su ilə təmin etmək üçün nəzərdə tutulan 46,8 milyard peso (10,5 milyon ABŞ dolları) dəyərində su tankerlərinin alınmasından gedir.

Ali Məhkəmə keçmiş daxili işlər naziri Luis Fernando Velaskonu da ifadə verməyə çağırıb. Müstəntiqlərin fikrincə, güman edilən cinayətlər rüşvətxorluq və qanunsuz varlanma ilə bağlıdır.

Bundan əlavə, istintaq çərçivəsində Senat və Nümayəndələr Palatasının keçmiş sədrləri İvan Neym və Andres Kalye də daxil olmaqla, bir neçə yüksək vəzifəli siyasətçinin adı hallandırılıb. Adıçəkilənlərin hər ikisi ittihamları rədd edib.

Rikardo Bonilya 2022-ci ilin avqustunda yaradılan Qustavo Petro hökumətini tərk edən ikinci maliyyə naziri olub.


SON XƏBƏRLƏR