• Bakı 18° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Avropaya köçmək üçün evini 10 milyon dollara satdı

ŞOU

05 Noyabr 2024 | 22:23 | Müəllif: Subhan Mahmudov

Avropaya köçmək üçün evini 10 milyon dollara satdı

Aktyor Riçard Gir və onun həyat yoldaşı Alexandra Silva İspaniyaya köçmək planlarına başlamazdan əvvəl Konnektikutdakı rançosunu 10,75 milyon dollara satıblar. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Gir və Silva bu mülkü iki il əvvəl rok musiqiçisi Pol Simondan alıblar. Onun iki iqamətgahı var: beş yataq otağı olan əsas ev və üç yataq otağı olan kottec. Ərazidə hovuz, təbii gölməçə, çoxillik bağ və s. var.

Riçard Girin Avropaya köçməyi planlaşdırması bu ilin aprelində məlum olub. O bu yolla həyat yoldaşını sevindirmək istəyir.

Məşhur cütlük oğulları: 5 yaşlı Aleksandr və 4 yaşlı Ceymslə İspaniyaya yollanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026