"Əgər mən toyda o fonoqramları oxuyanda qonaqlardan biri özünü unudub, özündə olmayıb ya özündə olub əl-qol, aqressiya ilə mənimlə danışanlara həddini bildirirəm.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "Həmin Zaur" verilişində deyib.
Sənətçi toylarda onu əsəbiləşdirən hadisələrdən danışıb.
"Toy başlamazdan əvvəl mikrofonla deyirəm ki, bəylər yalnız xanımları ilə yaxınlaşıb mənimlə şəkil çəkdirə bilər".