• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.8488

    RUB - 0.0172

Rusiyanın neft və təbii qaz gəlirləri artıb

DÜNYA

05 Noyabr 2024 | 16:19

Rusiyanın neft və təbii qaz gəlirləri artıb

Rusiyanın neft və təbii qaz gəlirləri 32,3 faiz artıb.

Bakıvaxtı.az Rusiyanın Maliyyə Nazirliyinə istinadla bildirir ki, neft və təbii qaz gəlirləri ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz artaraq 9,5 trilyon rubla (təxminən 97 milyard dollar) çatıb.

Bildirilib ki, noyabr ayında büdcədə əlavə neft və təbii qaz gəlirlərinin 105,1 milyard rubl (təxminən 1 milyard dollar) olacağı gözlənilir.

Açıqlamada neft və təbii qaz gəlirlərinin oktyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz azalaraq 1,2 trilyon rubla, ilin 10 ayında isə 32,3 faiz artaraq 9,5 trilyon rubla çatdığı qeyd edilib.

Həmçinin büdcə qaydalarına uyğun olaraq noyabrın 7-dən dekabrın 5-dək xarici valyuta və qızıl alışlarının 35,5 faiz artaraq 87,5 milyard rubla çatacağı diqqətə çatdırılıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 Noyabr 2024