Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-də keçirilən prezident seçkiləri ilə bağlı açıqlama verməkdən imtina edib.
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, seçkilərlə bağlı hələlik şərh ediləcək heç nəyin olmadığını bildirib.
Federasiya Şurasının İnformasiya Siyasəti və Kütləvi İnformasiya Vasitələri ilə Əlaqələr Komissiyasının rəhbəri Aleksey Puşkov isə qeyd edib ki, ABŞ-də prezident seçkilərinin nəticələrinə saxtakarlıq və poçtla səsvermə kimi amillər təsir edir. ABŞ-də demokratlar saxtakarlıq yolu ilə öz namizədləri Kamala Harrisin qələbəsini artıq təmin ediblər.
Senatorun fikrincə, poçtla səsvermə Demokratlar Partiyasının nümayəndələri üçün seçkilərin nəticələrini saxtalaşdırmaq üçün bir fürsətdir.
Gülşən Şərif