"Rusiya ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişənin öz maraqlarına zərər vermədən həlli ilə bağlı təkliflərini nəzərdən keçirməyə hazırdır".
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, Ukraynada münaqişənin sehrli həlli yoxdur. Qərb, xüsusən də ABŞ Rusiyanın əsas maraqlarını müdafiə etmək əzmini lazımınca qiymətləndirmir:
"Rusiya hələlik Tramp və onun komandasının nümayəndələrindən konkret təşəbbüslər almayıb. Onlar öz ideyaları ilə gələndə biz müzakirə edəcəyik, lakin milli maraqlarımıza xələl gətirməyəcəyik".
Gülşən Şərif