• Bakı C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.7536

    RUB - 1.5373

Myanma hərbi xuntası 6 minə yaxın məhbusu azad edəcək

DÜNYA

04 Yanvar 2025 | 13:05

Myanma hərbi xuntası 6 minə yaxın məhbusu azad edəcək

Myanma hərbi hökuməti ölkənin Müstəqillik Günü ilə əlaqədar amnistiyaya əsasən, 180-i əcnəbi olmaqla 5 min 864 məhbusu azad edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” Myanmanın dövlət mediasına istinadən məlumat yayıb.

Myanma 2021-ci ilin əvvəlindən - hərbçilərin seçilmiş mülki hökuməti devirdiyi və etiraz aksiyalarını vəhşicəsinə əzdiyi və ümummilli silahlı üsyanın alovlandığı vaxtdan bəri qarışıqlıq içərisindədir.

Xuntanın hələ də həbsdə saxladığı şəxslər arasında ölkənin keçmiş lideri, Nobel mükafatı laureatı Aun San Su Çji də də var.

79 yaşlı qadın təhrik və seçki saxtakarlığından tutmuş korrupsiyaya qədər 14 cinayət ittihamı üzrə 27 illik cəzasını çəkir. Vəkillərinin sözlərinə görə, o, bütün ittihamları rədd edir.


SON XƏBƏRLƏR