Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada terrorçulara qarşı əməliyyat tədbirlərini davam etdirir.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, PKK/YPG terror təşkilatının Ayn Əl Ərəb (Kobani) şəhərindəki liderlərindən sayılan informasiya məsələləri üzrə məsul şəxsi Mahmud Ağca öldürülüb.
Onun 2015-ci ildən Türkiyədə bir sıra terror aktları təşkil etdiyi bildirilir.