• Bakı C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.7536

    RUB - 1.5373

Böyük Britaniyada xərçəngə qarşı peyvəndin hazırlanmasında irəliləyiş əldə olunub

DÜNYA

04 Yanvar 2025 | 11:53

Böyük Britaniyada xərçəngə qarşı peyvəndin hazırlanmasında irəliləyiş əldə olunub

2025-ci ildə xərçəng xəstəliyinə qarşı peyvəndin yaradılmasında yeni mərhələ başlaya bilər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Economist” jurnalı alimlərə istinadən yazıb.

Müəlliflər xərçəngə qarşı peyvəndin sınaqlarının uğurlu olduğunu qeyd ediblər. Ən son nümunələr effektivliyini göstərib. Hazırda alimlər preparatın dəri, beyin və ağciyər şişlərinə qarşı təsirini öyrənirlər.

“Ümid edilir ki, xərçəngə qarşı peyvəndlər kimyaterapiya və ya cərrahi müdaxilə kimi daha invaziv müalicə metodlarına ehtiyacı azaldacaq nöqtəyə qədər irəliləyəcək”, - materialda deyilib.

Jurnalistlər qeyd ediblər ki, vaksin yaratmaq üçün alimlərə şiş nümunələri lazımdır. Bundan sonra mütəxəssislər onun genomunu ardıcıllıqla sıralayır və genetik mutasiyaların bütün variantlarını axtarırlar.


SON XƏBƏRLƏR