Fevralın 3-də saat 10:00-dan 15:00-dək Ermənistanın Tavuş rayonunun İcevan icmasının Lusahovit qəsəbəsində “Hava həyəcanı” siqnalı işə düşəcək.
Bakıvaxtı.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın yerli administrasiyası məlumat yayıb.
Bildirilib ki, bu, “əhalinin məlumatlandırılması, sığınacaq və evakuasiya tədbirlərinin təşkili” mövzusunda təlimlə bağlıdır.