• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ağ Evdə Zelenskinin geyiminə dil uzadan jurnalist təhdid edilir - VİDEO

DÜNYA

05 Mart 2025 | 09:04 | Müəllif: Subhan Mahmudov

Ağ Evdə Zelenskinin geyiminə dil uzadan jurnalist təhdid edilir - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenskini Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşdə kostyum geyinmədiyinə görə tənqid edən jurnalist Brayan Qlenn çoxsaylı təhdidlər aldığını iddia edib.

Bakıvaxtı.az xəbər verir ki, Qlenn həmin tənqidinin onun həyatına təhlükə yaratdığını deyib.

“Bu, şəxsi həyatıma zərbə vurdu. Polislər indi evimdədir, çünki insanlar məni tapıb mənə zərər verəcəklərini deyirlər”, - deyə jurnalist bildirib. 

Qlennin sözlərinə görə, Zelenskini incitmək niyyətində olmayıb:

“Mən sadəcə başa düşmək istədim ki, o, Oval Ofisə gələn zaman hörmət etməli olduğunu bilirmi? Zelenskiyə təxminən 300 milyard pul verildi, ona görə də mən hesab edirəm ki, o, hörmət göstərməlidir”.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR