• Bakı 20° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Slovakiyada minlərlə insan hökumətin istefasını tələb edir

DÜNYA

04 Aprel 2025 | 01:21

Slovakiyada minlərlə insan hökumətin istefasını tələb edir

Slovakiyada Baş nazir Robert Fitso hökumətinin istefası tələbi ilə genişmiqyaslı etiraz aksiyaları keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Markiza telekanalı məlumat yayıb.

Məlumata görə, təkcə paytaxt Bratislavada etiraz aksiyasında 9 minə yaxın insan iştirak edir. Nümayişçilər şəhərin mərkəzindən keçərək ölkə parlamenti – Milli Şuranın binasına doğru yürüş ediblər. Fəallar qanunvericilərdən hökumətin qeyri-hökumət təşkilatlarına qarşı tələbləri sərtləşdirən qanun layihəsini rədd etmələrini tələb edirlər.

Cümə axşamı Slovakiyanın daha beş şəhərində parlament müxalifətinə yaxın vətəndaş birlikləri hökumət əleyhinə etiraz aksiyaları təşkil ediblər. Aksiyalar həm ölkə daxilində, həm də Brüsseldə Slovakiya hökumətinin addımlarına etiraz məqsədilə keçirilib.

Cümə günü isə Slovakiyanın 10 şəhərində daha geniş etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.


SON XƏBƏRLƏR

07 Aprel 2025