• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yaz aylarında yuxunun pisləşməsinin SƏBƏBİ

DÜNYA

04 Aprel 2025 | 04:25 | Müəllif: Gülşən Şərif

Yaz aylarında yuxunun pisləşməsinin SƏBƏBİ

Yaz aylarında yuxuya getmək daha çətindir və yuxu daha narahat olur.

Bakıvaxtı.az xəbər verir ki, bunu psixoloq Natali Dautoviç deyib.

Mütəxəssisin fikrincə, yuxunun keyfiyyətinə bir çox ekoloji faktorlar təsir edir. O aydınlaşdırıb ki, yaz aylarında gündüz saatlarının uzunluğu artdıqda, bayırda və evdə havanın temperatu yüksəldikdə tez-tez yuxu problemləri yaranır.

Psixoloq izah edib ki, orqanizmin yeni şəraitə uyğunlaşması üçün vaxt lazım ola bilər:

"Vücudumuz rutini sevir. Yuxu-oyanma dövrü ardıcıllığa çox həssasdır, ona görə də istənilən dəyişiklik pozucu ola bilər".

Psixoloq qeyd edib ki, yazda yuxunun pisləşməsi çiçək açan ağacların yaratdığı allergik reaksiyaya görə baş verə bilər. Onun sözlərinə görə, səbəb həm də rejim dəyişikliyi ola bilər. O vurğulayıb ki, isti mövsümdə insanlar adətən gec yatırlar. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026