• Bakı 25° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Moskvaya PUA hücumu olub

DÜNYA

04 Aprel 2025 | 05:13 | Müəllif: Gülşən Şərif

Moskvaya PUA hücumu olub

Moskva istiqamətində uçan PUA vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

"Moskvaya uçan PUA vurulub. Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan pilotsuz uçuş aparatının hücumunu dəf edib. Fövqəladə hallar xidmətinin mütəxəssisləri dağıntıların olduğu yerdə işləyirlər”, - Sobyanin öz bloqunda yazıb.

Paytaxt meri şəhərə dron hücumunun davam etdiyini söyləyib.

Rusiyanın “Telegram” kanalları Vnukovo, Domodedovo və Jukovski Hava Limanlarında PUA hücumu ilə əlaqədar “xalça planı”nın tətbiq edildiyi barədə məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR