• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Nazir: Ukrayna özünü silahla 40 faiz təmin edir

DÜNYA

04 Aprel 2025 | 02:13 | Müəllif: Gülşən Şərif

Nazir: Ukrayna özünü silahla 40 faiz təmin edir

Ukrayna müdafiə sənayesini intensiv şəkildə inkişaf etdirir, xüsusən də ildə milyonlarla pilotsuz təyyarə istehsal edir. Ukrayna artıq silahla özünü demək olar 40 faiz təmin edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa Brüsseldə Ukrayna-NATO Şurasının iclasında çıxışı zamanı bildirib.

"Ukrayna hazırda büdcəsinin 26 faizini müdafiəyə sərf edir", - deyə Sıbqa vurğulayıb.

Nazirin sözlərinə görə, Ukrayna müdafiə sənayesi digər nailiyyətlərlə yanaşı, ildə milyonlarla pilotsuz təyyarə istehsal edir.

"Biz müdafiə imkanlarımızı artıra bilərik", deyə, XİN rəhbəri qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026