• Bakı C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.7536

    RUB - 1.5373

Ukrayna Rusiyaya PUA-larla hücum edib

DÜNYA

04 Yanvar 2025 | 11:58

Ukrayna Rusiyaya PUA-larla hücum edib

Ukrayna ötən gecə Rusiya ərazisində döyüş PUA-ları ilə hücum edib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bir gecədə Ukraynaya məxsus 16 PUA məhv edilib. Onlardan 10-u Bryansk vilayəti, 3-ü Smolensk vilayəti səmasında, Belqorod, Pskov və Leninqrad vilayətlərinin hər birinin üzərində isə bir PUA vurulub.

    PUA hücumu ilə əlaqədar "Xalça" planı əməliyyatı Sankt-Peterburqun Pulkovo hava limanında tətbiq edilib. Gediş-gəliş reysləri saat 7:45-dən etibarən təxirə salınıb. İlk məhdudiyyətlər saat 23:53 radələrində (00:50-dək) tətbiq edilib. Leninqrad vilayətinin qubernatorunun sözlərinə görə, Fin körfəzinin Lujskiye qubı rayonunda PUA vurulub, dağıntı və tələfat yoxdur.


    SON XƏBƏRLƏR