• Bakı 20° C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Livanda dərslər təxirə salındı

DÜNYA

06 Oktyabr 2024 | 17:36

Livanda dərslər təxirə salındı

İsrailin davam edən təcavüzü ilə əlaqədar Livanda məktəblər və bütün təhsil müəssisələrində dərslərin başlaması oktyabrın 7-dən noyabrın 4-nə kimi təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Livanın təhsil naziri Abbas Hələbi məlumat verib.

“Nazirlik 1,3 milyon şagirdi, eləcə də müəllimləri təhdid edən təhlükəyə görə məsuliyyəti öz üzərinə götürə bilməz, buna görə də dərs ilinin başlanması 4 noyabra kimi təxirə salınıb”, - nazir bildirib.

Onun sözlərinə görə, əksər dövlət məktəblərinin, texnikumların və institutların binaları cənub bölgələrindən olan qaçqınların yerləşdirilməsi üçün istifadə olunur.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024