• Bakı 21° C

    7.07 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Mumbayda bir ailənin 7 üzvü mağazadakı yanğında ÖLDÜ

DÜNYA

06 Oktyabr 2024 | 15:26

Mumbayda bir ailənin 7 üzvü mağazadakı yanğında ÖLDÜ

Mumbayın Çembur rayonunda yaşayış binasında yerləşən mağazada baş vermiş yanğın nəticəsində bir ailənin yeddi üzvü, o cümlədən üç uşaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisəyə səbəb elektrik naqillərində yaranan qısaqapanma olub.

PTI-nin məlumatına görə, yanğın yerli vaxtla səhər saat 5:20 radələrində Siddarth koloniyasında yerləşən binada baş verib. Yanğınsöndürənlər binanın birinci mərtəbəsinin mağaza, sonuncu mərtəbəsinin isə yaşayış yeri kimi istifadə edildiyini bildiriblər.

"Səhər saat 6 radələrində bizə G+2 binasında yanğın olması, birinci mərtəbədə mağaza, digər iki mərtəbədə isə ailələrin yaşadığı barədə məlumat daxil olub. 7 nəfər ölüb, mağazada yatan 2 nəfər isə xilas edilib", - polis komissarının müavini vurğulayıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024