• Bakı 20° C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

İran Qəzza və Beyrutda etdiklərimizə baxsın - Qallant

DÜNYA

06 Oktyabr 2024 | 18:22

İran Qəzza və Beyrutda etdiklərimizə baxsın - Qallant

İrana tövsiyə edirəm ki, yeni hücum cəhdi niyyətində olarsa, İsrail ordusunun Qəzza zolağında və Beyrutda etdiklərinə baxsın.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.

“İranlılar İsrail Hərbi Hava Qüvvələrinin imkanlarına belə toxunmayıblar - heç bir eskadrilya vurulmayıb, heç bir təyyarə zədələnməyib, heç bir uçuş-enmə zolağı sıradan çıxmayıb və əməliyyatlarımızda heç bir maneə yoxdur. İsrailə zərər verməklə hərəkətə keçməyimizə mane olacaqlarını düşünən hər kəs Qəzza və Beyrutdakı əməliyyat nailiyyətlərimizə baxmalıdır”, - Qallant bildirib.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024