• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Küləklə bağlı SARI XƏBƏRDARLIQ

CƏMİYYƏT

06 Oktyabr 2024 | 14:17 | Müəllif: Subhan Mahmudov

Küləklə bağlı SARI XƏBƏRDARLIQ

Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Xidmətdən Bakıvaxtı.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında cənub küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xızı, Siyəzən, Xaçmaz, Altıağac, Qobustan, Neftçala, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabadda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026