• Bakı 28° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Hindistanda arı sürüsü təyyarəni zəbt etdi, uçuş ləngidi - VİDEO

HADİSƏ

09 Iyul 2025 | 09:15

Hindistanda arı sürüsü təyyarəni zəbt etdi, uçuş ləngidi - VİDEO

Hindistanda arı sürüsü təyyarənin gövdəsini örtərək uçuşu gecikdirib.

Bakıvaxtı.az bu barədə “gazeta. ru”ya istinadən xəbər verir. 

Məlumata görə, Suratdan Caypura gedən “IndiGo” reysi insidentə görə azı 50 dəqiqə gecikib. 

Belə ki, aviaşirkətin baqaj yükləyən əməkdaşları təyyarənin yük anbarının qapısı ətrafında dövrə vuran arıları görüblər və dərhal aviaşirkət və hava limanının əməkdaşlarına xəbərdarlıq ediblər.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadası arıları uzaqlaşdırmaq üçün yanğınsöndürən maşından gələn su axınından istifadə edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Görüntüləri təqdim edirik:


SON XƏBƏRLƏR