• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hindistanda etirazlar fermerlərin xeyrinə yekunlaşır

DÜNYA

22 Fevral 2024 | 16:12

Hindistanda etirazlar fermerlərin xeyrinə yekunlaşır

Hindistanın Baş naziri Narendra Modi, hökumətin fermerlərə verilən bütün vədləri yerinə yetirməkdə qərarlı olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Hindistan Times” məlumat yayıb.

Modi, dünən Nazirlər Kabinetinin İqtisadi Məsələlər üzrə Komitəsinin (CCEA) iclasında qəbul edilən qərarları açıqlayıb.

O, iclasda şəkər qamışının alış qiymətinin 0,30 sentdən 4,10 dollara qaldırıldığını bildirib: “Qiymət artımını şəkər qamışı istehsalçılarının xeyrinə olacaq”.

Qeyd edək ki, Hindistanda fermerlər hökumətin verdiyi vədləri yerinə yetirmədiyini əsas gətirərək fevralın 13-də nümayişlər keçirməyə başlayıblar.

Onlar Pəncab əyalətinin baş katibi Sarvan Sinqh Pandher və fermer birliklərinin nümayəndələri ilə görüşüblər.

Təxminən 4 saat davam edən görüşdə səlahiyyətlilər fermerlərə paxlalı şirin qarğıdalı və pambıq kimi məhsulların minimum qiymətə alınmasını təklif edib.

Fermerlərə alınacaq məhsulların miqdarının məhdudlaşdırılmayacağını bildirən səlahiyyətlilər, 5 illik “kompleks plan” təklif ediblər.

Fermerlər isə hökumətin baza qiymət və dəstək alışları ilə bağlı təklifini rədd edərək, etirazlarını davam etdirəcəklərini açıqlayıblar.

Dünən baş verən qarşıdurmada bir etirazçı həlak olub.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026