Dövlət Duması Ukraynanın terrorçu dövlət kimi tanınmasını təklif edib.
Bakıvaxtı.az xəbər verir ki,bunu Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev deyib.
Belə ki, o, “Krokus Siti Holl”da baş verən terror aktı və terror aktından sonra terrorçuların Rusiya-Ukrayna sərhədini keçmək niyyətində olması barədə xəbər fonunda Ukraynanın terrorçu dövlət kimi tanınması fikrini irəli sürüb.
“Ukrayna, şübhəsiz ki, bütün nəticələri ilə birlikdə terrorçu dövlət kimi tanınmalıdır... Bu dəhşətli cinayətdə əli olanların hamısı məhv edilməlidir”.
Mina Mikayılova
















