• Bakı 11° C

    15.77 m/s

  • USD - 1.7

    EUR - 1.8522

    RUB - 0.0173

Ermənistanın keçmiş Baş Qərargah rəisi məhkəməyə ÇAĞIRILDI

DÜNYA

22 Aprel 2024 | 14:50

Ermənistanın keçmiş Baş Qərargah rəisi məhkəməyə ÇAĞIRILDI

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi Onik Qasparyan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Armlur.am” məlumat yayıb. Jurnalistlər məhkəməyə buraxılmayıblar.

Onik Qasparyanın Eçmiədzin hərbi hissəsinin itkin düşmüş hərbçilərinin işi üzrə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dindirilməyə çağırılacağı bildirilmişdi.

İbtidai istintaq zamanı o, bu cinayət işi üzrə dindirilib və ifadə verib.

Bu iş üzrə təqsirləndirilən şəxslər Baş Qərargah rəisinin keçmiş müavini Andranik Makaryan və hərbi hissənin digər rəsmiləridir. Andranik Makaryan Ermənistan Respublikası Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü hissəsi ilə ittiham olunub.


SON XƏBƏRLƏR

04 Noyabr 2024