Rusiya altı uşağı Ukraynaya təhvil verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyada uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova bildirib.
Məlumata görə, altı oğlanın ailələrinə qovuşması Qətərin vasitəçiliyi ilə mümkün olub.
Lvova-Belova qeyd edib ki, xüsusi əməliyyat zamanı ümumilikdə 70 uşaq öz qohumlarına qovuşub.
Qeyd edək ki, aprelin sonunda Moskva və Kiyev arasında uşaqlarla bağlı ilk üz-üzə danışıqlar aparılıb.
Lvova-Belovanın sözlərinə görə, əldə olunan razılaşmalara əsasən, 29 uşaq Ukraynaya, 19 uşaq Rusiyaya köçəcək.
Mina Mikayılova






jpg-1718955986.webp)









