• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

BMT: "İsrail 61 yardım əməliyyatından 28-nə icazə verib"

DÜNYA

21 Iyun 2024 | 10:49 | Müəllif: Gülşən Şərif

BMT: "İsrail 61 yardım əməliyyatından 28-nə icazə verib"

"İsrail iyunun 1-dən 18-dək Qəzzanın şimalına gedəcək daha əvvəl koordinasiya edilmiş 61 humanitar yardım əməliyyatından yalnız 28-nə keçidə icazə verib".

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsünün müavini Fərhan Haq deyib. 

BMT-nin gündəlik mətbuat konfransında çıxış edən Haqın sözlərinə görə, İsrail səlahiyyətliləri hələ də Qəzzaya yardım göndərilməsinin qarşısını almağa davam edirlər. 

"İsrail səlahiyyətliləri Qəzzanın şimalına gedən öncədən razılaşdırılmış 61 humanitar yardımdan 8 yardımın girişini əngəlləyib, 16 yardımın çatdırılmasını ləngidir, 9 yardım isə tamamilə ləğv edilib. Qəzzaya humanitar yardım əməliyyatları asanlaşdırılmalı və bütün maneələr aradan qaldırılmalıdır" - deyə Fərhan vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR