İsveç yaxın üç il ərzində Ukraynaya 75 milyard İsveç kronu (7 milyard dollar) hərbi dəstək verəcək.
Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, bu barədə İsveç Maliyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamaya görə, İsveç geosiyasi gərginliyin artması fonunda Ukraynanın silah ehtiyatını yeniləməyə davam edəcək.
"Ukraynanın Rusiyanın işğalçı müharibəsinə qarşı mübarizəsi davam edir və İsveç nə qədər vaxt aparsa da, Ukraynanın mübarizəsini dəstəkləyəcək". - açıqlamada bildirilib.
Gülşən Şərif
















