Aİ bazarında yeni avtomobil satışları bu ilin aprel ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 913 min 995 ədədə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) aprel ayı üzrə Aİ ölkələrinin yeni avtomobil qeydiyyatı ilə məlumatları paylaşıb.
Məlumata görə, Aİ ölkələrində satılan yeni avtomobillərin siyahısını 36 faizini benzin, 29,1 faizini hibrid, 12,9 faizini dizel, 11,9 faizini elektrik, 6,8 faizini plug-in hibrid (PHEV), 3,3 faizini isə digər yanacaq növlərinə məxsus avtomobillər təşkil edib.
İstehsalçılara görə, "Volkswagen" Qrupu aprel ayında 254 min 19 avtomobillə Aİ-də ən çox yeni avtomobil satan şirkətdir. "Peugeot", "Fiat", "Citroen" və "Opel" kimi markaların daxil olduğu "Stellantis Group" 152 min 236 avtomobil satıb. "Renault Group" 101 min 440 yeni avtomobillə üçüncü, "Toyota Group" isə 73 min 135 yeni avtomobillə dördüncü yerdə qərarlaşıb.
Gülşən Şərif
















