• Bakı 24° C

    15.6 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Putin Qərb ölkələrinə: "Adekvat cavab verəcəyik"

DÜNYA

21 Iyun 2024 | 14:03

Putin Qərb ölkələrinə: Adekvat cavab verəcəyik

"İstənilən təhdidlərin artmasına müvafiq və adekvat cavab verəcəyik".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Vyetnam səfərindən sonra keçirilən mətbuat konfransında çıxış edərkən Rusiya prezidenti Vladimir Putin deyib.

O, bildirib ki, Rusiya ilə Şimali Koreya arasında imzalanan "Hərtərəfli strateji tərəfdaşlıq sazişi" yeni bir şey deyil. 

"Köhnə müqavilənin müddəti başa çatdığı üçün bu müqavilə bağlanıb. Bu, 1962-ci ildə bağlanmış müqaviləyə daxil edilib. Burada yeni heç nə yoxdur. Demək olar ki, heç nəyi dəyişməmişik. Şimali Koreyanın digər ölkələrlə də oxşar razılaşmaları var".

Putin çıxışı zamanı bu sazişin Qərbdə yaratdığı müzakirələrə də toxunub.

"Hazırda Qərb ölkələrində görülən işlər bizi çox narahat etmir. Lakin biz bu vəziyyəti diqqətlə izləyirik.  Qərb ölkələrinin artan təhdidlərinə adekvat cavab verəcəyik" - deyə Rusiya prezidenti qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

05 Iyul 2025