• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Belqorod atəşə tutuldu - 9 nəfər yaralandı

DÜNYA

21 Iyul 2024 | 11:58 | Müəllif: Subhan Mahmudov

Belqorod atəşə tutuldu - 9 nəfər yaralandı

Rusiyanın Belqorod vilayətinin Şebekino kəndinin atəşə tutulması nəticəsində doqquz nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.

"Şebekinoda vəziyyət kəskin ağır olaraq qalır. Son sutkada 9 nəfər zərər çəkib. Bir qadın ağır vəziyyətdə reanimasiyadadır", - vilayətin rəhbəri qeyd edib.

Qladkovun sözlərinə görə, Şebekinoda səkkiz çoxmənzilli evə, 18 fərdi evə, 15 avtomobilə ziyan dəyib.

"Evlərdən biri tamamilə məhv olub, iki avtomobil yanıb", - qubernator vurğulayıb.

Xatırladaq ki, ötən gün Qladkov Şebekinodakı sənaye müəssisəsinin ərazisinə mərmi düşdüyünü bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026