• Bakı 19° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Ermənistan konyaklarında təhlükə aşkarlanıb

DÜNYA

20 Avqust 2024 | 10:16

Ermənistan konyaklarında təhlükə aşkarlanıb

Rusiya bazarlarında satılan Ermənistan istehsalı konyakların təqribən 90 faizi sağlamlıq üçün təhlükəlidir.

Bakıvaxtı.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə “Antikotrafakt” Beynəlxalq Assosiasiyası və Konyak İstehsalçıları İttifaqının birgə hesabatında məlumat verilib.

Bildirilib ki, sözü gedən nəticə Ermənistanda emal edilən 20 ticarət markasından götürülən 200 adda məhsulun analizləri nəticəsində əldə olunub. Müəyyən edilib ki, onların yarısında spirtli içki istehsalı üçün yararsız məhsullardan istifadə edilib, 177 markanın istehsalında isə texniki göstəricilərə əməl olunmayıb.

Hər iki qurumun müştərək hazırladığı hesabatın nəticələri Rusiyanın Baş Prokurorluğuna və digər müvafiq qurumlara göndərilərək, onlardan Ermənistandan daxil olan spirtli içkilərə nəzarətin gücləndirilməsi tələb edilib.


SON XƏBƏRLƏR

18 May 2026