• Bakı 19° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Slovakiya ilə iqtisadi-ticarət əməkdaşlığı müzakirə edildi

WUF13

19 May 2026 | 12:19

Slovakiya ilə iqtisadi-ticarət əməkdaşlığı müzakirə edildi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Slovakiya Respublikasının investisiyalar, regional inkişaf və informasiya naziri Samuel Miqal ilə görüş keçirib.

Bu barədə Bakıvaxtı.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, görüş zamanı Azərbaycan ilə Slovakiya arasında münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb, iqtisadi əməkdaşlığın genişlənməsinin qarşılıqlı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd olunub. Tərəflər iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyini nəzərdən keçirərək iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu bildiriblər.

Müzakirələr zamanı qarşılıqlı investisiyaların təşviqi, biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Görüşdə sənaye, ticarət, enerji, infrastruktur və regional inkişaf sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

18 May 2026