• Bakı 19° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Post-2030 dövrünün konturları müəyyənləşir

WUF13

19 May 2026 | 11:57

Post-2030 dövrünün konturları müəyyənləşir

"Qlobal inkişaf gündəliyi 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ətrafında cəmlənsə də, artıq beynəlxalq ictimaiyyət növbəti mərhələnin – post-2030 dövrünün konturlarını müəyyənləşdirməyə hazırlaşır".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Kolumbiya Universitetinin professoru Cefri Seşs mətbuat konfransında deyib.

O bildirib ki, gələn ildən etibarən yeni inkişaf çağırışlarının formalaşdırılması istiqamətində intensiv müzakirələr başlayacaq:

"Beynəlxalq platformalarda səsləndirilən mövqelərə görə, post-2030 gündəliyinin hazırlanmasında şəhərlərin gələcəyi, onların idarəedilməsi, dayanıqlığı və rəqəmsal transformasiyası xüsusi yer tutacaq".

Cefri Seşs vurğulayıb ki, 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədləri üzrə güclü gündəliyimiz var"

"Lakin artıq gələn ildən post-2030 müzakirələrinə keçəcəyik və yeni dövr üçün çağırışların necə müəyyən ediləcəyi ilə bağlı səslərimiz eşidiləcək. Əminəm ki, şəhərlərin gələcəyi ilə bağlı tərəfdaşlığımız bu prosesin formalaşmasında mühüm rol oynayacaq".

Ekspert hesab edir ki, yeni dövrdə urbanizasiya, ağıllı şəhərlər, ekoloji dayanıqlıq, yaşıl enerji, rəqəmsal xidmətlərin genişlənməsi və inklüziv şəhərsalma kimi mövzuların prioritetlər siyahısında yer alacağı gözlənilir:

"Post-2030 gündəliyinin müəyyənləşməsi üçün dövlətlər, beynəlxalq qurumlar və yerli idarəetmə institutları arasında əməkdaşlıq daha da gücləndiriləcək. Müxtəlif ölkələrin təcrübələri, innovativ şəhər modelləri və yeni idarəetmə yanaşmaları qlobal müzakirələrin əsas istiqamətlərindən biri olacaq".

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 May 2026