• Bakı 19° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Şuşada bərpa edilən mədəni abidələrin sayı açıqlandı

WUF13

19 May 2026 | 12:05

Şuşada bərpa edilən mədəni abidələrin sayı açıqlandı

"Şuşada indiyə qədər 27 abidə bərpa edilib".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Onun sözlərinə görə, Şuşada təxminən 200 tarixi və mədəni abidə var və onların əksəriyyəti işğal dövründə zədələnib.

"Bərpa olunmuş ərazilərə yeddi məscid, altı bulaq, yeddi mədəniyyət obyekti, Şuşa qalası, Xan qızı Natəvanın bağında yerləşən Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin məqbərə kompleksi və Xanlıq Muxtar karvansarası daxildir", - deyə Aydın Kərimov qeyd edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

18 May 2026