Ağdam-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda təşkil olunan tədbirdə deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yol-nəqliyyat infrastrukturu layihələri icra edilir.
Xüsusi nümayəndə bildirib ki, hazırda Suqovuşan–Sərsəng Su Anbarı–Gözlükörpü–Kəlbəcər, Suqovuşan–Kəlbəcər–Ağdərə–Ağdam, Əsgəran–Xocalı–Xankəndi və Bərdə–Ağdam–Əsgəran avtomobil yollarının tikintisi davam etdirilir.
Bakı 




