• Bakı 24° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Dünyada 2 milyarddan çox insanın içməli su problemi var

WUF13

19 May 2026 | 10:44

Dünyada 2 milyarddan çox insanın içməli su problemi var

Dünyada 2 milyarddan çox insanın təhlükəsiz içməli suya çıxışında problem var. Eyni zamanda, kanalizasiya problemi yaşayan insanların da sayı həddindən artıq çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Qlobal mənzil böhranı: Plan nədir?” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

“2050-ci ilədək dünya əhalisinin artacağını bilirik. İki milyard insan şəhərlərə gəlir və şəhərlər ətrafında yerləşir. Bunu əsasən Asiya və Afrikada görürük. İnkişafın və artımın yarısı məhz şəhərlərdə baş verir. Bu yumşaq keçid deyil, əslində şəhərsalma və urbanizasiyanın ən sürətli prosesidir”, - deyə icraçı direktor bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026