• Bakı 19° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Magistr imtahanının nəticələri ləğv olunur?

CƏMİYYƏT

19 May 2026 | 12:48

Magistr imtahanının nəticələri ləğv olunur?

Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində magistraturaya qəbul imtahanının ikinci cəhdi 14 iyun 2026-cı il tarixində təkrar keçiriləcək.

Bakıvaxtı.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Məlumata görə, 17 may imtahanının nəticələri ləğv olunmayacaq, qüvvədə qalacaq.

Qeyd edilib ki, bakalavrlar ixtisas seçimi zamanı 15.02.2026 tarixli I cəhd, 17.05.2026 tarixli II cəhd və 14.06.2026 tarixli təkrar imtahanda əldə etdikləri ən yüksək nəticədən istifadə etməlidirlər.

Xatırladaq ki, imtahanda iştirak etmək istəyən bakalavrlar 21-23 may tarixlərində DİM-in saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.


SON XƏBƏRLƏR

18 May 2026