• Bakı 19° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

UN-Habitat: Şəhərlərin gələcəyi təşəbbüsündə hər kəsin iştirakı vacibdir

WUF13

19 May 2026 | 12:01

UN-Habitat: Şəhərlərin gələcəyi təşəbbüsündə hər kəsin iştirakı vacibdir

Birləşmiş Millətlər Təşkilatının şəhər inkişafı üzrə qurumu olan UN-Habitat, şəhərlərin gələcəyi ilə bağlı yeni qlobal təşəbbüsün başladıldığını bildirərək dövlətləri, institutları və şəhər rəhbərliklərini əməkdaşlığa dəvət edib.

Bakıvaxtı.az xəbər verir ki, təşkilatın nümayəndəsi tədbirdə çıxışı zamanı təşəbbüsə geniş tərəfdaşlığın vacibliyini vurğulayıb:

“Bizimlə olduğunuz üçün təşəkkür edirik. Təqdimatı sonradan dinləyəcək bütün tərəfdaşları da şəhərlərin gələcəyi ilə bağlı bu təşəbbüsə qoşulmağa çağırırıq. Hazırda şəhərlərlə bağlı həyata keçirdiyimiz proqram çərçivəsində mümkün olan bütün sahələrdə bizimlə tərəfdaşlığa açığıq”.

UN-Habitat nümayəndəsi qeyd edib ki, urbanizasiyanın qlobal miqyasda sürətlə artdığı bir dövrdə şəhərlərin dayanıqlı inkişafı yalnız dövlət strukturlarının deyil, həm də cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə mümkün ola bilər:

“Şəhərlərin gələcəyi hər kəsin fəaliyyətə cəlb edilməsini və iştirak üçün imkanların genişləndirilməsini tələb edir. Ümid edirik ki, çoxlarınız bu təşəbbüsün əsas və strateji tərəfdaşları kimi bizə qoşulacaqsınız. Şəhərlər və müxtəlif institutlar bu prosesdə fəal rol almalıdır”.

Təşkilat rəsmisi bildirib ki, başlanılan təşəbbüs uzunmüddətli əməkdaşlıq üçün yeni bir mərhələnin əsasını qoyur:
“Bu, sadəcə söhbətimizin başlanğıcıdır. Qarşıdakı illərdə daha da inkişaf edəcək işimizi birlikdə irəli aparmaq üçün böyük həyəcan hiss edirik”.

UN-Habitat-ın açıqlamasına görə, təşəbbüsün məqsədi gələcək şəhərlərin daha inklüziv, yaşıl, dayanıqlı və texnoloji baxımdan inkişaf etmiş şəkildə formalaşdırılması üçün qlobal tərəfdaşlıq platforması yaratmaqdır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 May 2026