• Bakı 20° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Ceyhun Bayramov: Azad edilmiş ərazilər yenidən qurulur

SİYASƏT

19 May 2026 | 13:57

Ceyhun Bayramov: Azad edilmiş ərazilər yenidən qurulur

Ceyhun Bayramov WUF13 çərçivəsində bildirib ki, azad edilmiş ərazilərdə aparılan yenidənqurma təkcə dağıdılmış məkanların bərpası deyil, həm də regionda dayanıqlı sülh və iqtisadi inkişafın gücləndirilməsidir.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, şəhərsalma yalnız fiziki tikinti deyil, eyni zamanda iqtisadi, sosial, institusional və rəqəmsal transformasiya prosesidir.

Nazir qeyd edib ki, Azərbaycan COP29 kontekstində şəhərləri iqlim gündəliyinin əsas mərkəzlərindən birinə çevirib və onları həm emissiya mənbəyi, həm də iqlim həllərinin platforması kimi görür.

O vurğulayıb ki, ölkə öz coğrafi mövqeyini üstünlüyə çevirərək regional əməkdaşlıq və inteqrasiyanın vacib mərkəzinə çevrilib.

C. Bayramovun sözlərinə görə, bağlantılılıq yalnız nəqliyyat deyil, həm də investisiya, əmək bazarı, sənaye və iqlim dayanıqlılığını əhatə edən geniş anlayışdır.

Azad edilmiş ərazilərdə doqquz yaşayış məntəqəsi müasir şəhərsalma, yaşıl enerji və ağıllı idarəetmə prinsipləri ilə yenidən qurulur.

O bildirib ki, indiyədək bərpa işlərinə təxminən 15 milyard dollar ayrılıb və bu, Azərbaycanın sülh və sabitliyə sadiqliyini göstərir.

Nazir həmçinin mina təhlükəsini əsas maneə kimi dəyərləndirib: ərazilərdə 1,5 milyondan çox mina və partlamamış sursat mövcuddur.

Yeni infrastruktur layihələrinin isə regionu Avropa–Asiya əlaqələrində daha aktiv iqtisadi məkana çevirəcəyi qeyd olunub.

Sonda o vurğulayıb ki, şəhərlər həm iqtisadi inkişafın, həm də sülh və dayanıqlılığın əsas dayağıdır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 May 2026