• Bakı 19° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Moskva: Şəhərlər qlobal siyasətin yeni mərkəzinə çevrilir

WUF13

19 May 2026 | 12:39

Moskva: Şəhərlər qlobal siyasətin yeni mərkəzinə çevrilir

Urbanizasiya beynəlxalq münasibətlərin strukturunu dəyişdirir və şəhərlərin rolunu artırır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində çıxış edən Moskva rəsmisi Tatyana Naumova bildirib.

Onun sözlərinə görə, yaxın illərdə dünya əhalisinin təxminən 70%-i şəhərlərdə yaşayacaq, şəhərlər isə artıq iqtisadi və innovasiya mərkəzlərinə çevrilib.

Moskvanın 150-dən çox ölkə ilə əməkdaşlıq etdiyi, şəhərsalma, nəqliyyat və texnologiya sahələrində 200-dən artıq layihə həyata keçirdiyi qeyd olunub.

Bildirilib ki, şəhərin əsas prioriteti isə dayanıqlı inkişaf və “ağıllı şəhər” modelləridir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 May 2026