• Bakı 19° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Azərbaycanda leysan yağışları ilə bağlı sistem olacaq

WUF13

19 May 2026 | 12:23

Azərbaycanda leysan yağışları ilə bağlı sistem olacaq

Azərbaycan növbəti illərdə genişmiqyaslı erkən xəbərdarlıq sistemi layihəsini həyata keçirməyə hazırlaşır.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə ADSEA sədrinin birinci müavini Xəyyam Məmmədov WUF13 çərçivəsində keçirilən tədbirdə məlumat verib.

Onun sözlərinə görə, şəhərlərin təhlükəsizliyi üçün ən vacib elementlərdən biri effektiv erkən xəbərdarlıq sistemləridir. Layihənin 4–5 il ərzində Yaşıl İqlim Fondu və BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə icrası planlaşdırılır.

Proqram Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə əməkdaşlığı ilə həyata keçiriləcək. Burada daşqın və quraqlıq risklərinin modelləşdirilməsi, eləcə də müasir elmi texnologiyaların tətbiqi nəzərdə tutulur.

Eyni zamanda ölkədə su təsərrüfatı infrastrukturunun gücləndirilməsi istiqamətində də investisiyalar artırılır. Azad edilmiş ərazilərdə Suqovuşan, Xaçınçay və Zabuxçay su anbarları yenidən bərpa edilib və istifadəyə verilib.

Bundan əlavə, Kəlbəcənçay su anbarı kompleksi yenilənib, Qəbələdə Yengicə su anbarı tikilir, Oğuz və Şəkidə isə Alıcanchay su anbarı və su kanallarının bərpası davam edir.

Hazırda dağ çaylarından suyun toplanması üçün daha 6 yeni su anbarı layihəsi üzərində iş aparılır. Bunlara Həkəriçay və Bərgüşadçay hövzələrində planlaşdırılan obyektlər də daxildir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 May 2026