• Bakı 19° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

UN-Habitat ilə birgə dayanıqlı şəhər və icma yönümlü layihə icra olunur

WUF13

19 May 2026 | 13:03

UN-Habitat ilə birgə dayanıqlı şəhər və icma yönümlü layihə icra olunur

Braziliyanın Rio-de-Janeyro ştatında BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə yerli hökumətin birgə iştirakı ilə Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi çərçivəsində sosial yönümlü layihə icra olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə UN-Habitat-ın Braziliya üzrə rəhbəri Rayne Ferretti Moraes Bakıda keçirilən WUF13 forumunda bildirib.

Onun sözlərinə görə, layihə yerli hökumət tərəfindən maliyyələşdirilir və üç əsas istiqaməti əhatə edir: məlumatların toplanması və təhlili, iqlim dəyişikliyi və dayanıqlılıq üzrə fəaliyyətlər, həmçinin icmalarla iş.

“Bilikli Rio” komponenti çərçivəsində şəhər göstəriciləri üzrə monitorinq sistemi hazırlanır və qlobal məlumat bazasına əsaslanır.

Layihə həmçinin qadınlar, gənclər və icma qruplarının prosesə cəlb olunmasını nəzərdə tutur və Rio-de-Janeyro ştatının 92 bələdiyyəsini əhatə edir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 May 2026