• Bakı 19° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Güclü yağışlar gələcəyin problemi deyil - ÇAĞIRIŞ

WUF13

19 May 2026 | 12:13

Güclü yağışlar gələcəyin problemi deyil - ÇAĞIRIŞ

WUF13 çərçivəsində keçirilən “Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər” mövzusunda tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birinci müavini Xəyyam Məmmədov ölkədə ekstremal hava hadisələrinin çoxaldığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, quraqlıq, güclü yağışlar və daşqınlar artıq “gələcəyin problemi” deyil — onlar getdikcə daha tez-tez müşahidə edilir və infrastruktur, iqtisadiyyat, həmçinin insanların həyat keyfiyyətinə ciddi təsir göstərir.

Məmmədov qeyd edib ki, əvvəllər Azərbaycanda ildə 10–20 daşqın qeydə alınırdısa, hazırda bu rəqəm dəfələrlə artıb. Su sektoru iqlim dəyişikliyinin təsirinə ən həssas sahələrdən biri hesab olunur.

ADSEA-nın fəaliyyəti milli su strategiyası çərçivəsində aparılır və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə – təmiz su, iqlim fəaliyyəti və ətraf mühitin qorunması istiqamətləri ilə – uzlaşır.

Əli  Hüseynov


SON XƏBƏRLƏR

18 May 2026