• Bakı 16° C

    14.26 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Alman kəşfiyyatı çətin vəziyyətdə: Kadr çatışmır...

DÜNYA

21 Iyul 2024 | 13:41

Alman kəşfiyyatı çətin vəziyyətdə: Kadr çatışmır...

Almaniya Federal Kəşfiyyat Xidməti (BND) kadr çatışmazlığı səbəbindən işində çətinliklərlə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bild” yazıb.

“İki problem BND üçün uğurlu xarici kəşfiyyatı demək olar ki, qeyri-mümkün edir: agent çatışmazlığı və hüquqi məhdudiyyətlər”, - nəşr bildirib.

Bildirilib ki, hazırda BND-nin 6500 əməkdaşı var, 700 iş yeri isə boşdur.

“Rotasiya prinsipi də Almaniya xarici kəşfiyyatının işini çətinləşdirir. Şimali Koreyanın raket proqramı ilə məşğul olan mütəxəssislər vaxtaşırı yenidən hazırlıq keçməyə və maliyyə məsələləri ilə məşğul olmağa məcbur olurlar. Rus dili mütəxəssisi çatışmazlığına baxmayaraq, Rusiya üzrə ekspertlər Cənubi Amerika narkotik kartelləri mövzusuna keçməlidirlər”, - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

13 May 2025