• Bakı 29° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Hindistanda məbəd çökdü: 13 nəfər öldü

DÜNYA

30 Mart 2023 | 20:26 | Müəllif: Subhan Mahmudov

Hindistanda məbəd çökdü: 13 nəfər öldü

Hindistanın Madhya Pradeş ştatında məbəddə döşəmənin çökməsi nəticəsində azı 13 nəfər ölüb, bir neçə zəvvar yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə İndor şəhərindəki mağara məbəddə baş verib.

Təxminən 30 nəfərin üzərində dayandığı döşəmənin çökməsi nəticəsində zəvvarlar ibadət üçün nəzərdə tutulan quyuya düşüblər. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Ölənlərdən 10-u qadındır. Bir neçə nəfər, o cümlədən bir uşaq itkin hesab olunur.

Hazırda axtarış işləri davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026