• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hindistanlı gəlin ata evindən ayrılarkən ağlamaqdan öldü

DÜNYA

10 Mart 2021 | 08:28

Hindistanlı gəlin ata evindən ayrılarkən ağlamaqdan öldü

Hindistanda ənənəvi toy mərasimi zamanı gəlin ağlamaqdan ölüb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Odişi ştatında gənc xanım ürək dayanması nəticəsində vəfat edib.

Hadisə gəlinin ata evi ilə xudahafizləşməsini nəzərdə tutan “bidaay” ayini zamanı baş verib. Bir qayda olaraq, ayin zamanı qızların ağlaması adi hal sayılır.

Lakin ölən gəlinin həddindən artıq çox ağladığı bildirilib. Huşunu itirən xanım dərhal xəstəxanaya çatdırılsa da, tibb işçiləri onun həyatını xilas edə bilməyiblər.

Mərhumun üç ay öncə atasını itirdiyi qeyd olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026